İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın şok itkiləri açıqlandı

"Ukraynada Rusiya ordusunun daha 150 hərbçisi məhv edilib".

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1929 tank, 4245 zirehli döyüş maşını, 1037 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 828 PUA, 196 qanadlı raket, 15 gəmi, 3160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR