İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın sərhəd rayonu tamamilə boşaldıldı

 
Rusiyanın Belqorod vilayətinin qubernatoru deyir ki, Krasnoyaruq rayonunun mülki əhalisi tamamilə köçürülüb. Bu, Ukrayna qüvvələrinin qonşu Kursk vilayətində hücumu davam etdirdiyi bir vaxtda baş verir.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, "azı 11 min nəfər çıxarılıb. Hazırda minədək insan müvəqqəti sığınacaqda qalır", – qubernatoru Vyaçeslav Qladkov avqustun 13-də səhər Telegram-da yazıb.

Rayonun müharibədən öncəki əhalisi 14 min nəfər idi.

Qubernator avqustun 12-də bu rayonun evakuasiya olunduğu bildirib, əraziyə giriş-çıxış bağlanıb. Rayon başçısı Andrey Miksov deyib ki, ərazidə qalan 500 nəfər, əsasən, rəsmilər, fövqəladə xidmət işçiləri, mütəxəssislərdir.

Krasnoyaruq qərbdə Ukrayna, şimalda Kursk vilayətinin Belov rayonu ilə həmsərhəddir.

Ukrayna qüvvələrinin avqustun 12-də yaydığı videonun Kurskun Suca şəhərinin mərkəzinə yaxın çəkildiyi qeydə alınıb. Videonun dəqiq tarixi bəlli olmasa da, Ukrayna əsgərləri orada deyirlər ki, Rusiya qüvvələrinə rast gəlməyiblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR