İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın respublika və vilayətlərinin rəhbərləri İlham Əliyevi təbrik etdi

Rusiyanın respublika və vilayətlərinin rəhbərləri, digər rəsmi şəxsləri Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.

Musavat.com-un məlumatına görə, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov təbrik məktubunda qeyd edib ki, İlham Əliyev quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edir.

“Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcək”, - S.Məlikov yazıb.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin təbrikində deyilir ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq məsələlərdə mühüm rol oynayır, dünya arenasında haqlı olaraq yüksək nüfuza malikdir.

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin öz təbrikində qeyd edib ki, İlham Əliyevin ölkəyə rəhbərliyinin iki onilliyi ərzində ölkə beynəlxalq nüfuzunu xeyli möhkəmləndirib, regionda lider mövqeyini gücləndirib, Avrasiya məkanında əhəmiyyətli aktora çevrilib.

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova isə prezidentə uğurlar, tükənməz güc və enerji, nikbinlik, yeni zirvələr fəth etməyi arzulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR