Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “Novatek” şirkəti “Arctic LNG 2” layihəsi üçün Çinin “Wison New Energies” gəmiqayırma zavodunun istehsal etdiyi modulları ala bilməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ixtisaslaşdırılmış “gCaptain” nəşri “Wison”dakı mənbəyə istinadən yayıb.
Məlumata görə, modullar 3 ay əvvəl göndərilib və demək olar ki, Rusiyaya çatdırılmaq üzrədir. Buna səbəb ABŞ-ın layihəyə tətbiq etdiyi sanksiyalardır. Sanksiya qorxusuna görə istehsalçı avadanlıqları geri qaytarır. Göyərtəsində iki modul olan “Vey Xiao Tian Şi” gəmisi “Novatek”in iri tutumlu dəniz strukturlarının tikintisi mərkəzinin yerləşdiyi Murmansk vilayətindəki Belokamenkaya gəlməzdən bir neçə gün əvvəl dönüb və geri qayıdıb.
Keçən ay “Wison” Rusiya ilə əməkdaşlığa son qoyduğunu və üç “Arctic LNG-2” istehsal xətti üçün onlarla modul yığan tikinti gəmiqayırma zavodunu satdığını elan edib. Bundan əvvəl Rusiya layihəsi üçün digər avadanlıq istehsalçısı, Çin tərsanəsi “Penglai Jutal Offshore Engineering Heavy Industries” (PJOE) ABŞ-ın sanksiyalar siyahısına daxil edilmişdi ki, bu da “Wison” rəhbərliyi tərəfindən təhlükənin qiymətləndirilməsinə təsir göstərə bilər.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ