İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın itkiləri 160 minə çatır - ŞOK SİYAHI

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

Musavat.com-un UNİAN-a istinadən məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 159 800 hərbçisi zərərsizləşdirilib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 474 tank, 6 774 zirehli maşın, 2 503 artilleriya sistemi, 493 reaktiv yaylım atəşi sistemi, 259 hava hücumundan müdafiə sistemi, 304 təyyarə, 289 helikopter, 2 109 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 354 avtomobil texnikası və avtosistern, 251 xüsusi texnikadan ibarətdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR