İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ən varlı qadını "əvvəl uşaq dünyaya gətir, sonra məktəbə get" fikrinə qarşı çıxdı


Rusiyanın “Wildberries” şirkətinin qurucusu və “Forbes”a görə Rusiyanın ən varlı qadını Tatyana Bakalçuk son günlərdə Rusiyada qadınlara yönəlik ideoloji təbliğatdan narazı qalıb.


 Qeyd edək ki, Rusiya Federasiyasında Kremlə yaxın bəzi təbliğatçılar rus qadınlarının öncə uşaq dünyaya gətirməsi, ondan sonra təhsil almalı olduğunu açıq şəkildə dilə gətirirlər.

Musavat.com xəbər verir ki, Tatyana Bakalçuk bununla bağlı fikirlərini “Kommersant” qəzeti ilə bölüşüb.

“Heç kimə heç nə tətbiq edilə bilməz. Əgər qız ilk növbədə ailəsinə və uşaqlarına qayğı göstərmək istəyirsə bu, yaxşıdır və məcburiyyətlə olmaz. Mən “əvvəl uşaq dünyaya gətir, sonra karyera qur” fikrinə qarşıyam”.

Bakalçukun sözlərinə görə, 20 yaşında olarkən evləndiyi üçün onu işə almayıblar, çünki işəgötürən onun analıq məzuniyyətinə gedəcəyinə inanırmış. "Analıq məzuniyyətinə getdim və sonra “Wildberries”i qurdum. Lakin mən üç qızıma ayağa qalxmamış ərə getməyi tövsiyə etməyəcəyəm”,-deyə o bildirib.

“Wildberries”in təsisçisinin fikrincə, müasir iqtisadiyyat qadınlara ailə və karyera arasında seçim etməməyə imkan verir. Onun sözlərinə görə, əsas odur ki, ailəni və karyeranı necə birləşdirməyi bacarmaq lazımdır.

“Forbes” Tatyana Bakalçukun sərvətini 7 milyard dollar qiymətləndirir - o, Rusiyanın ən varlı qadınıdır.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR