İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın baş naziri Ermənistana səfər edib-səbəb

Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak etmək üçün İrəvana işgüzar səfərə gəlib.

Musavat.com bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

Çərşənbə axşamı Hökumətlərarası Şuranın iclası zamanı Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın hökumət başçıları Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin mövcud problemlərini müzakirə edəcəklər. Həmçinin daxili bazarın fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və energetika sahələrində qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetiriləcək. Bundan əlavə, hökumət başçıları 2030-cu ilə qədər Avrasiya İqtisadi İttifaqı çərçivəsində sənaye əməkdaşlığının əsas istiqamətlərini nəzərdən keçirəcəklər.
İclasda Birliyə müşahidəçi dövlətlərin və dəvət olunmuş qonaqların iştirakı gözlənilir. Qeyd edək ki, bazar ertəsi səhər Rusiya hökumətinin başçısı İran Respublikasına rəsmi səfər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR