Onlayn ictimai-siyasi qəzet
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Yelena Zelenska ilə birlikdə Cənubi Afrika Respublikasına (CAR) səfər edib.
Musavat.com xəbər verir ki, Prezident səfər çərçivəsində CAR Prezidenti Siril Ramafosa, eləcə də Afrika ölkələrinin siyasi, ictimai və tələbə dairələrinin nümayəndələri ilə vacib görüşlər keçirəcəyini bildirib.
"Layihələrimizə dəstək qazanmaq və ədalətli sülhə bir addım da yaxınlaşmaq üçün buradayıq. G20 ölkələrinin diplomatik səylərə cəlb olunması vacibdir. Həmçinin Rusiya tərəfindən oğurlanmış minlərlə ukraynalı uşağın vətənə qaytarılması istiqamətində beynəlxalq koalisiyada CAR-ın da fəal iştirakına ümid edirik", – deyə Zelenski rəsmi "Telegram" hesabında qeyd edib.
Ukrayna lideri eyni zamanda, mədəni və təhsil sahəsində CAR ilə əlaqələrin möhkəmləndirilməsinin də gündəmdə olduğunu vurğulayıb. Bu səfər, Ukraynanın Afrika ilə münasibətləri genişləndirmək və qlobal dəstək bazasını gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ