Onlayn ictimai-siyasi qəzet
Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.
Bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla və digər rəsmi şəxslərlərlə görüşlər keçirəcək.
Danışıqlar zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır. Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.
Görüşlərin və danışıqların yekunu olaraq bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Rusiyanın aparıcı xarici iqtisadi tərəfdaşlarından biridir. Ölkəmizdə də habelə Rusiyanın iştirakı ilə 1,4 mindən çox müəssisə var ki, onlardan 300-ü tamamilə Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 295 milyon dollar təşkil edib. (Report)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ