İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Azərbaycandakı səfiri Şuşaya səfər edib

“Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtına - Şuşa şəhərinə səfər edib”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin Şuşa şəhərində Xüsusi Nümayəndəsi Aydın Kərimov tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, diplomat Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhər, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

“Səfir işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrini şəxsən görüb”, - A.Kərimov qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR