İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın avtomobil sənayesi çökdü

Rusiyada sanksiyaların çökdürdüyü ilk sahə avtomobil sənayesi oldu.

Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Rusiyada may ayında ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 96,7% azalıb: "Dizel və benzin mühərriklərinin istehsalı 57%, yük avtomobillərinin istehsalı 39,3% aşağı düşüb. Avtomobil sənayesində birbaşa 300 min, əlaqəli sahələrlə birikdə isə 3 milyon adam çalışırdı. Sanksiyalardan əvvəl bu sahədə fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir.

Məişət cihazları sahəsində - paltaryuyan maşınların istehsalında 59,2%, soyuducularda 58,1%, televizorlarda 49,7%, elektrik mühərriklərində 49,9% azalma qeydə alınıb.

Dizel lokomotivlərinin istehsalında 63,2%, yük vaqonlarında 51,8% ekskavatorlarda 60%, lift istehsalında 34,7% azalma baş verib".

Şahin Cəfərli: “Düşmən bizi təmas xəttində yox, iki ölkə sərhədində  təxribata çəkə bilər”

Politoloq bildirir ki, enerji qiymətlərinin yüksək olması Rusiyanı hələ ki ayaqda tutur: "Amma qiymətlərin uzun müddət bu səviyyədə qalmayacağı məlumdur. Hasilat və satışla bağlı da problemlər var.

Rusiya bu gün Müdafiə Nazirliyinin açıqlamasındakı formul əsasında - "xoşməramlı addım" kimi müharibəni dayandırıb, ordusunu işğal etdiyi Ukrayna ərazilərindən geri çəkməsə, iqtisadi kollaps qaçılmaz olacaq".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR