Onlayn ictimai-siyasi qəzet
2023-cü ilin aprelindən 2024-cü ilin aprelinə qədər Belqorod vilayətinə Rusiya təyyarələri tərəfindən 38 bomba atılıb. Onların əksəriyyəti partlamayıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti Ukrayna kəşfiyyatının ələ keçirdiyi və jurnalistlərə təhvil verdiyi sənədlər əsasında məlumat yayıb.
Həmin sənədlərin Belqorod şəhər fövqəladə hallar idarəsi tərəfindən hazırlandığı iddia edilir. Burada partlayışların nəticələrinin aradan qaldırılması və insanların təxliyəsi ilə bağlı hesabatlar əks olunub.
Bu partlamamış bombaların əksəriyyətini yerli sakinlər - meşəçilər, fermerlər və ya kəndlilər aşkar ediblər.
Ümumilikdə, “Astra” mərkəzinin hesablamalarına görə, Rusiya aviasiyası səhvən öz bölgələrinə və ilhaq edilmiş ərazilərə 110 bomba atıb.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ