İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın ABŞ-dakı səfirliyi Qərbi qardaş xalqları parçalamaq istəməkdə qınayıb

"Qərbin qurama səhnələri, qardaş xalqları bir-birinə qarşı qoymaq və pravoslav dindarları parçalamaq cəhdləri Rusiyanın xüsusi hərbi əməliyyatı (UKraynadakı müharibə nəzərə tutulur) öz məqsədinə çatana qədər davam edəcək".

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ABŞ-dakı səfirliyi öz Telegram kanalında məlumat yayıb.

Diplomatik missiya Rusiyanı kilsəyə məqsədyönlü zərbə endirməkdə ittiham edən Amerika mediasını pisləyib. "Buça şəhərində başlayan bu cür qurama səhnələr, şübhəsiz ki, Rusiya bütün məqsədlərinə çatana qədər davam edəcək", - səfirlik yaydığı açıqlamada bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Odessadakı Transfiqurasiya kafedralının zədələnməsinə səbəb çox güman ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri (havadan müdafiə) tərəfindən atılan raketin yerə düşməsi olub.

"Onun məhv edilməsinin ən çox ehtimal olunan səbəbi Ukrayna ordusunun qəsdən yaşayış məntəqələrində, o cümlədən şəhərlərdə yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərinin operatorlarının savadsız hərəkətləri nəticəsində Ukraynaya məxsus zenit raketinin düşməsi olub”, - nazirlikdən bildiriblər.

Rusiya tərəfi qeyd edib ki, bunu xüsusilə də sosial şəbəkədə yayılan, yerli sakinlər tərəfindən kafedralın içərisində lentə alınan kadrlar da sübut edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR