Onlayn ictimai-siyasi qəzet
Rusiyalı turistlər Türkiyənin Belek kurortunda naməlum virusun yayılmasından şikayətləniblər.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, təfərrüatlar barədə “Shot” Telegram kanalı məlumat yayıb.
Son günlər onlarla uşaq və böyüklər kütləvi şəkildə yoluxub və yerli xəstəxanaya müraciət ediblər. İstirahət edənlərin temperaturu 39 dərəcədən yuxarı qalxıb və evdə dərmanlarla onu endirmək mümkün olmayıb.
Mənbənin sözlərinə görə, xəstəliyin kəskin mərhələsi 4-5 gün davam edir, inkubasiya dövrü isə təxminən 4-14 gün ola bilər. Qeyd olunur ki, bəzi turistlər Rusiyaya gedərkən artıq təyyarədə özlərini pis hiss etməyə başlayıblar.
Başqa bir ehtimala görə, turistlər COVİD infeksiyasında olduğu kimi, sümük ağrılarından, mədə pozğunluğundan və iştahsızlıqdan şikayətləndikləri üçün onların koronavirusun yeni ştammı ilə xəstələniblər. Yoluxmuş şəxslərdə ürəkbulanma və qusma olmasa da, bu rotavirus da ola bilər,
Bildirilir ki, demək olar, bütün turistlərə "kəskin qeyri-müəyyən infeksiya" diaqnozu qoyulur və müalicə olaraq antibiotiklər və antiviral dərmanlar təyin olunur.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ