İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı turistlər oteldən 35 kiloqram ərzaq oğurladılar - ŞOK GÖRÜNTÜLƏR

Rusiyadan gələn turistlər Türkiyədə oteldən 35 kiloqram ərzaq oğurlayıblar. Onlar həmçinin şampun və kosmetika ehtiyatı toplamağa qərar verdilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Antalyada baş verib. Hadisə şahidləri otel otaqlarının birində video çəkərək həmin görüntüləri sosial şəbəkədə yayıblar.

Məlum olub ki, ruslar uzun müddət bufetdən yemək götürüb öz otaqlarına aparıb, ərzaq depolamağa başlayıblar. Onlar ümumilikdə 35 kiloqram məhsul yığa biliblər. Tətilin sonunda turistlər ərzaqları oteldən çıxarmaq istəsələr də, işçilər buna mane olublar.

İnternetdə otel işçilərinin rusların özləri ilə aparmağı planlaşdırdıqları bütün yeməkləri çarpayıya tökdükləri video ortaya çıxıb. Kadrlarda Rusiya vətəndaşının özünə haqq qazandıraraq, əvvəlcə bu məhsulların "ona restoranda verildiyini"deyib, sonra bildirib ki, guya bunları otel işçiləri üçün toplayıb. Daha sonra turist qadın bu məhsulları yolda yemək üçün götürdüyünü söyləyib. “Bəs qatarda nə yeyəcəyik? Bizə yeməyə bir şey verin, bu gün gedirik”, - deyə o, şikayətlənib.

Yeməyin miqdarı və çeşidi heyrətamizdir. Rusiyalı turistlər özləri ilə qurudulmuş meyvələr, bir neçə kiloqram müxtəlif çeşidli almalar, qəlyanaltılar, şirniyyatlar, qazlı içkilər, çoxlu şəkər və çay paketləri, digər məhsullar aparmq istəyiblər. Onlar adi kərə yağını folqa kağızı ilə büküblər. Turistlər həmçinin kiçik souslardan ibarət bütöv bir çanta yığıblar. Bundan əlavə, Rusiyadan gələn qonaqlar türk otelindən çoxlu şampun və kosmetika məmulatları da aparmağa çalışıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR