İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı məktəblilər yanğın siqnalından qorxaraq pəncərədən atılıblar

Rusiyanın Ulyanovsk şəhərində məktəblilər yanğın siqnalından qorxaraq ikinci mərtəbənin pəncərəsindən atılıblar.

Musavat.com REN TV-yə istinadən xəbər verir ki, xəsarət alan uşağın anasının sözlərinə görə, yıxılma nəticəsində oğlu ciddi xəasrət alıb.

Qadın onu da bildirib ki, həyəcan siqnalı çaldıqdan sonra bəzi uşaqlar bir-birinin ardınca qorxudan pəncərədən atılmağa başlayıblar. Uşağın anası dəqiqləşdirib ki, həmin an müəllim sinifdə olub.

Ulyanovsk vilayətinin təhsil idarəsinin mətbuat xidməti 2012-ci il təvəllüdlü üç şagirdin pəncərədən atıldığını təsdiqləyib. Xəstəxanada uşaqların vəziyyəti stabildir. Məktəbə baxış keçirilir. Uşaqların xəsarət alması ilə bağlı şərait araşdırılır. Təhsil idarəsi hər şeyin məktəbdə yanğın siqnalının işə düşməsi ilə baş verdiyini bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR