İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı iş adamı Braziliya klubunu ala bilər

Rusiyalı iş adamı Dmitri Rıbolovlyev Braziliyanın "Vasko da Qama" futbol klubunu ala bilər.

Bu barədə "Globo" nəşri məlumat yayıb.

O, bu klubu almağa iddialı üç namizəddən biridir. Digər iki şəxs "Olimpiakos"la (Yunanıstan) "Nottinqem Forest"in (İngiltərə) sahibi Evangelos Marinakis və "Lids"lə (İngiltərə) "Sampdoriya"nın (İtaliya) səhmdarı Andrea Radrizzanidir.

Qeyd edək ki, Dmitri Rıbolovlyev "Monako" (Fransa) və “Serkl Brügge” (Belçika) klublarının da sahibidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR