Onlayn ictimai-siyasi qəzet
Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün ehtiyac duyduğu silahlar məhz xüsusi hərbi əməliyyat (Rusiya Ukraynaya qarşı təcavüzkar və işğalçı müharibəni belə adlandırır-red.) çərçivəsində son dərəcə tələb olunan silahlardır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov bu gün, fevralın 24-də “Ermənistan yol ayrıcında: KTMT, NATO və ya qeyri-birlik statusu” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Onun sözlərinə görə, KTMT-də indi bütün yük Rusiyanın üzərinə düşüb. Ona görə də hərbi ekspertin fikrincə, KTMT çərçivəsində silah alışı sahəsində hansısa homogen siyasətdən danışmaq tam ədalətli deyil.
Puxova görə, indi Ermənistan nizamsız şəkildə gah Fransadan, gah da Hindistandan silah almaqla məşğuldur və bu da Rusiyanı narahat edir.
Rusiyalı ekspert Hindistan silahlarının keyfiyyətindən danışarkən sadəcə bir sözü işlədib-Cəhənnəm.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ