İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı azarkeş: "Soçidəki Qran-pri ləğv olunduğu üçün Bakıya gəlmişik"

"Soçidəki Qran-pri ləğv olunduğu üçün Bakıdakı mərhələni izləməyə gəlmişik".

Bunu "Report"a açıqlamasında rusiyalı azarkeş Viktoriya Mezentseva "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

O, siyasətə qarışmadığı üçün Rusiyadakı yarışın ləğvi ilə bağlı danışmaq istəmədiyini söyləyib: "İlk dəfədir ki, "Formula 1"ə görə Bakıya səfər edirəm. İki dəfə ardıcıl Soçidəki Qran-priləri izləmişəm. Buraya yarış üçün gəlsək də, şəhəri də gəzirik. Paytaxtınız və təşkilatçılıq mənim çox xoşuma gəlir".

Mezentseva "Red Bull"da çıxış edən Maks Ferstappenə azarkeşlik etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR