Onlayn ictimai-siyasi qəzet
"Rusiya Federasiyası ümid edir ki, bir müddət sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində tam şəkildə iştirakını bərpa edəcək".
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Ümid edirik ki, erməni dostlarımız da təşkilatda geniş iştirakın lehinə öz yanaşmalarını bərpa edəcəklər", - Peskov bildirib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın KTMT çərçivəsində Minskdə keçiriləcək görüşlərdə iştirak edə bilməyəcəyi məlum olub. Ermənistanın baş naziri Nikol Paşinyan isə Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında KTMT-nin iclasında iştirak etməyəcəyini bildirib.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ