İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan gözlənilməz addım – “Taliban”a yaşıl işıq

Rusiya Federasiyası Ali Məhkəməsi Baş prokurorun iddiasını təmin edərək, ölkədə “Taliban” hərəkatının fəaliyyətinə qoyulmuş qadağanı dayandırmaq barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Məhkəmə hakimi Oleq Nefedovun elan etdiyi qərarda deyilir: "Rusiya Federasiyasının Ali Məhkəməsi terrorçu kimi tanınan təşkilatların vahid federal siyahısına daxil edilmiş “Taliban” hərəkatının fəaliyyətinə əvvəllər qoyulmuş qadağanı dayandırıb".

Qərar dərhal hüquqi qüvvəyə minib.

Məhkəmə prosesi qapalı keçirilib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR