Onlayn ictimai-siyasi qəzet
Rusiya Federal Gömrük Xidməti Ermənistanın bu ölkə ilə yeganə quru əlaqəsini bağlayacağını anons edib.
Musavat.com bildirir ki, qurum Yuxarı Larsda mümkün nəqliyyat çətinlikləri barədə xəbərdarlığını açıqlayıb.
“Noyabrın 13-dən ayın sonuna kimi orada Gürcüstandan gələn girişdən asfaltlama işləri aparılacaq”, açıqlamada deyilir.
Qeyd edək ki, sentyabrda da bu keçid məntəqəsində hərəkət bir həftə məhdudlaşdırılmışdı.
Ermənistan-Rusiya münasibətlərinin yenidən gərginləşməsi şəraitində Yuxarı Larsda təmirə başlanması maraqlı məsələdir.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ