İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yüksək məmurlar arasında müəmmalı ölüm - Nekrasov 17-ci oldu

Rusiyanın "Lukoyl" şirkətinin direktorlar şurasının rəhbəri Vladimir Nekrasov vəfat edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ilkin məlumata görə, ölümə kəskin ürək çatışmazlığı səbəb olub.

Nekrasovun 66 yaşı var idi, onun 50 ildən çoxunu neft-qaz sənayesində, 30 ildən çoxunu isə “Lukoyl” neft şirkəti və onun strukturlarında çalışıb.

Nekrasovun ölümü 2022-ci ilin əvvəlindən Rusiyanın iri top-menecerləri arasında on yeddinci, yanacaq-energetika və yaxından əlaqəli şirkətlərin top-menecerləri arasında isə onuncu olub.

Həmin menecerlərin adları və çalışdıqları şirkətlər bunlardır:

Yuri Voronov - “Astra Şippinq” və “Qazprom”

Aleksandr Subbotin - “Lukoyl”

Sergey Protosenya - “Novateka”

Aleksandr Tülyakov - “Qazprom”

İqor Şkurko - “Yakutskenergo”

Vyaçeslav Rovneyko - Urals Energy

Leonid Şulman - “Qazprom invest”

Ravil Maqanov -“Lukoyl”

Mixail Tolstoşeya Uotford) - iri neft maqnatı

Anton Çerepennikov - “İKS Holdinq”

Aleksandr Kolpakov - “Vneşekonombank”

Vladislav Avayev - “Qazprombank”

Pavel Litov - Dövlət Duması deputatı

Aleksey Maslov - general, keçmiş Quru quşunları komandanı

Aleksandr Buzakov - Qara dənizdəki sualtı qaıyqlaırn ən böyük tədarükçüsü sayılan “Admiralteyskiye verfi” şirkətinin baş direktoru

İvan Peçorin - “Uzaq Şərq və Arktikanın inkişaf korporasiyası”nın idarəçi direktoru

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR