Onlayn ictimai-siyasi qəzet
Rusiyanın paytaxtı Moskva yaxınlığındakı Balaşixada yataqxanada yanğın baş verib, 5 nəfər ölüb, 3 nəfər isə xilas edilib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
“Keramiçeskaya küçəsindəki yataqxanada baş verən yanğın nəticəsində 3 nəfər xilas edilib, hazırda onlarla reanimasiya tədbirləri görülür, 10 nəfər ərazidən təxliyə olunub”, - agentliyin müsahibi bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti yanğın faktını təsdiqləyib. Qeyd edib ki, yanğın 40 kv.m ərazini əhatə edib. Yanğın söndürülüb.
Hadisə ikimərtəbəli, köhnə binada baş verib.
Operativ xidmətlərdən bildirilib ki, yanğına elektrik şəbəkəsinin qəzalı vəziyyətdə işləməsi səbəb olub. İlkin məlumata görə, binada miqrantlar yaşayırmış.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ