İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada vətəndaşlığı olmayan şəxslərə orduya qoşulmaq hüququ verilir

Rusiya hakimiyyəti vətəndaşlığı olmayan şəxslərə ölkənin Silahlı Qüvvələrinə qoşulmaq hüququ verəcək.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hökumət artıq müvafiq qanun layihəsini Dövlət Dumasına təqdim edib.

Qanun layihəsinin izahatında qeyd olunur ki, sənəd "Hərbi vəzifə və hərbi xidmət haqqında" Federal Qanuna dəyişiklikləri nəzərdə tutur: "Ona əsasən vətəndaşlığı olmayan şəxslərə Rusiya Federasiyasının Silahlı Qüvvələrində və hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamaq hüququnun verilməsi nəzərdə tutulur".

Həmçinin qeyd olunur ki, qanun layihəsi “müqavilə əsasında hərbi xidmətə gedə biləcək şəxslərin dairəsini genişləndirmək məqsədi daşıyır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR