İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada “Vaqner”i tənqid etmək cinayət sayılacaq

Ruiyada müharibə iştirakçılarının, o cümlədən orduya cəlb olunan könüllülərin, təşkilatların və şəxslərin nüfuzdan salınmasına görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı cinayət və inzibati məcəllələrə dəyişikliklər edilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında məlumat yayıb.

Yeni düzəlişlərdə beş milyon rubla qədər (təxminən 67 min dollar) cərimə , beş ilədək məcburi əmək və ya 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Volodin əlavə edib ki, qanun layihəsinin ikinci oxunuşu cümə axşamı, martın 2-də, yekun oxunuş isə martın 14-də keçiriləcək.

Təkcə Rusiya Silahlı Qüvvələrinin deyil, həm də işğalçı savaşın bütün iştirakçılarının “nüfuzdan salınmasına görə” cinayət məsuliyyətinin tətbiqi ideyasını əvvəllər “Vaqner” ÖHŞ-nin təsisçisi və sponsoru, iş adamı Yevgeni Priqojin istəmişdi. Priqojin rəhbərlik etdiyi özəl şirkətə bağlı döyüşçülərin hər hansı tənqidini, habelə onların keçmiş cinayətləri haqqında məlumatların dərcini qadağan etməyi təklif edib.

“Rusiya ordusunun gözdən salınması” ilə bağlı maddə Kremlin Ukraynaya başlatdığı təcavüzkar hücumundan az sonra ortaya çıxıb. Məsələn, Ukraynadakı müharibə ilə bağlı “xüsusi hərbi əməliyyat” deyil, “müharibə” sözünün işlədilməsi Rusiyada “nüfuzdan salınma” kimi qiymətləndirilir. Maddə 50 min rubla qədər cərimə nəzərdə tutur, onun təkrar pozulmasına görə beş ilə qədər həbs cəzası tətbiq edilir.

“Vaqner” özəl hərbi şirkəti Suriyada, Afrikada və Ukrayna ilə müharibədə quru əməliyyatlarında iştirak edən qeyri-rəsmi hərbi birlikdir. Şirkətin döyüşçüləri çoxsaylı hərbi cinayətlər, o cümlədən məhkəmədənkənar edamlar törətməkdə ittiham olunurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR