Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Tambov vilayətində Rasskazovski bələdiyyə rayonundakı Platonovskaya neft anbarının ərazisində Ukraynanın dron hücumu nəticəsində başlayan yanğın genişlənib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə bir rezervuarda başlayan yanğın ikinci rezervuara da keçib.
Tambov vilayəti hökumətinin yaydığı məlumata əsasən yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə və xilasetmə bölmələri də daxil olmaqla, hərbi qüvvələr də cəlb edilib. Bildirilir ki, sakinlər arasında xəsarət alan olmayıb, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər görülüb.
Xatırladaq ki, Ukraynanın iyunun 18-də dronla zərbə endirdiyi daha bir Rusiya neft anbarında da yanğın davam edir. Rostov vilayətinin Azov şəhəri yaxınlığında yerləşən anbarda iyunun 19-da ikinci rezervuarın partlaması nəticəsində yanğın ərazisi 6,2 min kvmetrə qədər genişlənib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ