İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada telefon fırıldaqçılarının rabitə mərkəzi ləğv edilib

Polis əməkdaşları FTX-dən olan həmkarları ilə birlikdə xaricdən gələn telefon fırıldaqçıları tərəfindən istifadə edilən qanunsuz rabitə mərkəzinin fəaliyyətində iştirak edən bir qrup şəxsi saxlayıblar.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

“Rusiya Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə baş idarəsinin regional nəzarət idarəsinin əməkdaşları Rusiya FTX-nin regional idarələrindən olan həmkarları ilə birgə mütəşəkkil dəstənin iştirakçılarını saxlayıblar. Dəstə Voronej və Belqorod vilayətlərində yaşayan 17-21 yaş arası gənclərdən ibarət idi. Onlar Rusiya Federasiyasının hüdudlarından kənarda qeyri-qanuni fəaliyyət göstərən telefon fırıldaqçılarına kömək etməkdə şübhəli bilinirlər”.

Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Belqorod və Voronej vilayətlərində telefon fırıldaqçılarına yardım edən 10 qrup üzvündən 10 SİM qutu və mindən çox SİM kart müsadirə edilib. “Onlar GSM şlüzlərindən və SİM qutularından istifadə edərək, sosial şəbəkələrin hesablarını, messencerləri, maliyyə pul kisələrini və bank hesablarını qanunsuz olaraq aktivləşdiriblər. Bunlarla yanaşı, təxribat və terror fəaliyyətləri, habelə saxta məlumatların yayılması üçün istifadə edilib”, - mərkəzdən bildirilib.

Volk əlavə edib ki, vətəndaşlara dəyən zərər 10 milyon rublu keçib. “Faktla bağlı Cinayət Məcəlləsinin 3-cü hissəsi ilə cinayət işi açılıb. İki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, biri ev dustaqlığındadır. 7-si məhkəməyə gəlmək öhdəliyi şəklində prosessual məcburiyyət tədbiri seçilib”, - deyə idarənin nümayəndəsi əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR