İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada su anbarının bəndi dağıldı: 5 kənd evakuasiyaya hazırlanır

Rusiyanın Çelyabinsk vilayətindəki Kialimskoye su anbarında bənd dağılıb.

Musavat.com xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, bəndin dağılması ilə əlaqədar Kiolim, Muxametovo, Karasayevo, Baydaşevo, Saktaevo kəndlərinin sakinlərinə təxliyəyə hazır olmaq, zəruri əşyalar və sənədləri toplamaq tövsiyə olunub. Qarabaş şəhər məhəlləsində su təchizatında məhdudiyyətlər ola bilər.

Bildirilir ki, hazırda Rusiya Fövqəladə Hallar Nazirliyi və kommunal xidmətlər hadisə yerinə cəlb olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR