Onlayn ictimai-siyasi qəzet
Rusiyada “Telegram”ın fəaliyyətində fasilə yaranıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti də (“Roskomnadzor”) təsdiq edib.
Bildirilib ki, ilkin qiymətləndirməyə görə, bu, xidmətin daxili infrastrukturunda yaranan problemlə bağlıdır. Məlumat yayıldıqdan sonra Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ölkədə messencerin işinin bərpa olunduğunu və nasazlığın dəqiq səbəblərini müəyyən etmək üçün işlərin aparıldığını bildirib.
“Telegram”da problemlər ABŞ, Almaniya və digər ölkələrdə də müşahidə olunub. Moskva vaxtı ilə saat 13:56-da 10,7 mindən çox istifadəçi “Sboy.rf” xidmətində proqramla bağlı problemləri qeyd edib.
Bundan əlavə, nasazlığın “YouTube”da, “WhatsApp”, “VKontakte”, “Yandex”, “Viber”də, həmçinin Rusiya mobil operatorlarında (MTC, “Megafon”, “Bilayn”, “Tele2”, “Yota”) yaşandığı qeyd olunur.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ