Onlayn ictimai-siyasi qəzet
Kreml Rusiyada yeni səfərbərlik dalğasının olacağı barədə məlumatlara münasibət bildirib.
Musavat.com-un APA-ya istinadən məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov mümkün yeni qismən səfərbərlik dalğası barədə yayılan məlumatlara əhəmiyyət verməməyə çağırıb.
"Teleqram kanallarının məlumatlarına əhəmiyyət vermək lazım deyil, əsas mənbə hakimiyyətdir", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Teleqram kanallarında Rusiyada yanvar-fevral ayında yeni səfərbərlik dalğasının olacağı, orduya 1 milyona yazın çağırışçının cəlb olunacağı barədə məlumatlar yayılıb.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada müharibəyə başlayıb. Sentyabrın sonunda isə qismən səfərbərlik elan edib.
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ