Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kemerovo şəhərində ikimərtəbəli özəl qocalar evi yanıb.
APA-nın məlumatına görə, bu barədə TASS fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
“Kemerovonun Tavriçeskaya küçəsində yerləşən özəl qocalar evində yanğın baş verib. 9 nəfər ölüb”, - deyə mənbə bildirib.
Yanğınsöndürənlər gələnə kimi 180 kvadratmetr sahə yanıb. Yanğınla bağlı məlumatın Fövqəladə Hallar Nazirliyinə gec daxil olması yanğının genişlənməsinə şərait yaradıb.
***
Rusiyada qocalar evində yanğında 13 nəfər ölüb
Rusiyanın Kemerovo şəhərindəki qocalar evində baş verən yanğında 13 nəfər ölüb, 7 nəfər itklin düşüb.
Bina bütnlükdə yanıb. 2 nəfər xəstəxanaya yerləşdirilib.
12 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ