Onlayn ictimai-siyasi qəzet
Rusiyada 34 yaşlı Özbəkistan vətəndaşı arvadını qısqanaraq onu altıncı mərtəbənin pəncərəsindən aşağı atıb.
Musavat.com 78.ru-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıb.
Rusiya nəşrinin yazdığına görə, hər şey bir gün əvvəl Sankt-Peterburqda baş verib. Özbəkistan vətəndaşı qısqanclıq zəminində 28 yaşlı arvadı ilə mübahisə edib və münaqişə zamanı onu altıncı mərtəbənin açıq pəncərəsindən itələyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (“Qətl”) ilə cinayət işi açılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ