İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada nəhəng gəmi BATDI - VİDEO

Baltik Gəmiqayırma Zavodunun ərazisində fövqəladə hadisə baş verib.

Musavat.com xəbər verir ki, tikintisi tamamlanmaqda olan “Kapitan Uşakov” yedək gəmisi  avqustun 8-i axşam saatlarında batıb.

Rusiya KİV-ləri bildirir ki, Rusiya İstintaq Komitəsi insidentlə bağlı araşdırmalara başlayıb.

İlkin məlumata görə, gəminin kupelərindən birinə dəniz suyu dolması nəticəsində “Kapitan Uşakov” sağ tərəfə əyilib. Gecə boyunca zavodun işçiləri gəminin batmasının qarşısını almağa çalışsalar da, buna nail ola bilməyiblər.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, hadisə zamanı yardımçı texnika otağı su ilə dolub, lakin insan tələfatı olmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR