İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada iri ticarət mərkəzləri bankrot həddindədir – satış çöküb

Rusiyada çoxlu sayda iri ticarət mərkəzləri-Mollar iflas olmaq həddindədir.

Azpost.info bildirir ki, bu barədə Rusiya ticarət mərkəzləri Şurasının açıqlamasında bildirilir. Məlumata görə, Rusiyada hər ikinci Moll bankrot ola bilər. Hazırda 200 ticarət mərkəzi satışa qoyulub. Bu ilin əvvəlindən belə obyektlərin sayı 14 faiz artıb.

“Hazırda iflas edən və bankrot olma ərəfəsində olan 200 ticarət mərkəzi var. Gələcəkdə bu siyahıya daha 100 obyekt əlavə oluna bilər”-deyə Şuranın icraçı direktoru Oleq Voysexovski vurğulayıb.

“Avito-Mülkiyyət” şirkətinin məlumatına görə, 2022-ci ilin yanvarından oktyabra qədər olan müddətdə bütün Rusiya üzrə 10 min kv.m sahəsi olan ticarət mərkəzlərinin satışa qoyulması 14 faiz artıb. Bu sahədə Snkt-Peterburq liderdir. Orada satışa çıxarılan obyektlərin sayı 50 faiz artıb.

Problemin səbəbi Moll idarəçiliyinin uğursuz konsepsiyaları və effektsiz idarəetmə sayılır.

Qərbin məşhur brendlərinin Rusiyanı tərk etməsi də ticarət mərkəzlərinin işinə ciddi zərbə vurub. Xarici riteylerlərin üçdə bir hissəsi də Rusiyadan gedib.

“Nikolires” konsaltinq şirkətinin məlumatlarına görə, xarici riteylerlərin Moskvanın ticarət mərkəzlərində payı 30 faizdən çoxdur. Bu 30 faiz boşalmış obyektlər isə Moll-ların bankrotunu qaçılmaz edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR