Onlayn ictimai-siyasi qəzet
Çərşənbə axşamı Moskvanın Presnenski məhkəməsi basketbolçu Aleksey Şvedin döyülməsi ilə bağlı işə baxmağa başlayıb.
İş üzrə təqsirləndirilən qismində azərbaycanlı Yusif Miraşurov çıxış edib.
“Mən ittihamı başa düşürəm, təqsirimi etiraf edirəm”, - o bildirib.
Çərşənbə axşamı prokuror ittiham aktını elan edib, bundan sonra məhkəmə işdəki yazılı sübutların tədbiqinə başlayıb.
Qeyd edək ki, Miraşurov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayəti (sağlamlığa ağır zərər vurma) törətməkdə ittiham olunur.
Xatırladaq ki, basketbolçu 2023-cü il mayın 2-nə keçən gecə Moskvanın mərkəzində, Bolşaya Nikitskaya küçəsində yerləşən restoranın yaxınlığında döyülüb. O, kəllə-beyin travması ilə Moskva klinikasının cərrahiyyə şöbəsinə aparılıb. İşlə bağlı ilkin olaraq 3 nəfər saxlanılıb. Dördüncü müttəhim Miraşurov Rusiya Federasiyasını tərk etmək üçün aviabilet alarkən saxlanılıb.
2023-cü ilin mayında Knyaz Əmiraslanov və onun qardaşı Elsevər Əmiraslanov idmançıya hücumla bağlı üç ay müddətinə həbs ediliblər. İstintaq Komitəsi işdəki bütün materialları təhlil edərək, Əmiraslanov qardaşlarının əməllərində cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Onlar həbsdən azad edilib. İş üzrə yeganə təqsirləndirilən şəxs Əmiraslanovlardan birinin sürücüsü Yusif Miraşurov olub.
Mənbə: TASS
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ