Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, mart ayından etibarən Ukraynada 149 yaşayış məntəqəsi və ümumilikdə 3,5 min kvadratkilometr ərazi ələ keçirilib. O, bu açıqlamanı şənbə günü Rusiya ordusunun yaz-yay hücum əməliyyatlarına həsr olunmuş iclasda verib.
Musavat.com xəbər verir ki, ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) Gerasimovun açıqlamasını təkzib edib. Analitiklərin hesablamalarına görə, martın 1-dən indiyədək Rusiya qoşunları Ukraynada 130 yaşayış məntəqəsini nəzarətə götürüb və cəmi 2,3 min kvadratkilometr əraziyə irəliləyib. Bu isə Gerasimovun göstərdiyi rəqəmlərdən təxminən 1,2 min kvadratkilometr azdır.
ISW ekspertlərinin sözlərinə görə, Rusiya Baş Qərargahı “hər hansı rus əsgərinin göründüyü ərazini tam nəzarətə götürülmüş kimi təqdim edir”.
Xatırladaq ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin yayımladığı xəritədə Odessa və Nikolayev vilayətləri də guya Rusiya ərazisi kimi göstərilmişdi.
Musavat.com
02 Sentyabr 2025
02:59 Tramp ikinci prezidentlik müddətinin 30 faizini qolf meydançasında keçirib – Maraqlı hesablama
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ