Onlayn ictimai-siyasi qəzet
Ermənistanın müxalifətdə olan Partiyasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın Çinə səfərini və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün ərizə təqdim etməsini kəskin tənqid edib.
Musavat.com xəbər evrir ki, bu barədə erməni mediası məlumat yayıb.
Aşotyanın iddiasına görə, bu addım hökumətin Avropa İttifaqına üzvlük barədə illərdir yaratdığı illüziyanı bir daha dağıdıb:
“Bəli, hazırda formal hüquqi baxımdan Aİ və ŞƏT-ə eyni vaxtda üzv olmaq mümkündür, Avrasiya İttifaqından fərqli olaraq. Amma real siyasət baxımından Brüssel və Pekin vektorları bir-birini istisna edir”.
O, həmçinin Paşinyanın ŞƏT-ə üzvlük müraciətinə bəraət qazandırmaq üçün irəli sürdüyü arqumentlərin saxta olduğunu bildirib.
“Ya bilmirdilər, ya da manipulyasiya edirdilər. Paşinyan avqustun 16-da ŞƏT-in guya müşahidəçi və assosiasiya olunmuş üzvlük statuslarını ləğv edəcəyini əsas gətirmişdi. Halbuki Çində qəbul edilən yekun bəyannamə sadəcə bu iki statusu birləşdirdi. Bununla da ‘həmin arqument Brüssel məmurlarının gözündə dəyərsizləşdi”,-deyə o, bildirib.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ