Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Bolqarıstanın Plovdiv şəhərinə uçduğu təyyarə eniş zamanı elektrik naviqasiya vasitələrindən istifadə edə bilməyib.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Üç anonim məmurun qəzetə verdiyi məlumata görə, hava limanı üzərində GPS siqnalı tamamilə itib. Mənbələrdən biri bildirib ki, təyyarə təxminən bir saat hava limanı ətrafında dövrə vurub, daha sonra pilot enişi kağız xəritələrdən istifadə edərək həyata keçirib.
“Bu, heç şübhəsiz, müdaxilə idi”, - FT-yə danışan mənbə vurğulayıb.
Bolqarıstan Hava Hərəkətinə Nəzarət İdarəsi də insidenti təsdiqləyib.
Qurumun açıqlamasında qeyd olunub:
“2022-ci ilin fevralından bəri GPS siqnalının boğulması hallarında nəzərəçarpacaq artım müşahidə edirik, son dövrlərdə isə spufinq (saxta siqnal ötürülməsi) hallarına da rast gəlinir”.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ