Onlayn ictimai-siyasi qəzet
"Son günlər tənqidlərə məruz qalan bir ifaçı kimi çox susdum. Abırımıza sığınıb bu tənqidlərə cavab vermirik. Xalq artisti, professor Mənsum İbrahimov mənim, eləcə də bir çox ifaçıların ustadıdır. O, nəinki öz tələbələrinə, hər zaman bütün gənclərə də dəstək olub".
Musavat.com bildirir ki, bu sözləri Əməkdar artist, Mənsum İbrahimovun tələbəsi olmuş Təyyar Bayramov deyib.
Muğam ifaçısı son günlər Mənsum İbrahimov barəsində qarayaxma kampaniyası aparıldığını bildirib:
"Müsabiqə qalıb bir kənarda, Mənsum müəllim haqqında qarayaxma kampaniyası yaranıb. Regionçuluq söhbəti bizə yaraşmır. Azərbaycanın hər bir bölgəsindən çox dəyərli, gözəl ifaçılar çıxıb və onlar milli mədəniyyətimizə xidmət ediblər.
44 günlük İkinci Qarabağ savaşında yumruq kimi bir olduq, 30 il Qarabağ həsrəti çəkdik. Şükürlər olsun, artıq Qarabağ bizimdir. Belə olan halda qarabağlılara və Mənsum müəllimə qarşı böhtan və aqressiyanı anlamıram. Bizə düşmən lazım deyilmiş...
Ziyalılarımız qara piara münasibət bildirsə də, bəzi "Facebook", "Instagram" istifadəçiləri – internet qoçuları etik qaydalara əməl etmirlər".
Xatırladaq ki, IX "Muğam" televiziya müsabiqəsinin nəticələri bəzi iştirakçılar tərəfindən narazılıqla qarşılanıb. Kənan Novruzov mükafatlandırılma mərasimində ona təqdim olunan diplomu qəbul etməyib. Daha sonra isə ona qarşı haqsızlıq edildiyi barədə açıqlama verib.
Digər narazı iştirakçı Aycan Şükürlü isə etirazını videomüraciətlə bildirib və nəticələrə yenidən baxılmasını istəyib.
Xalidə Gəray
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ