İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşətli yanğın: Dəmiryol alovlara büründü

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye zonasında yanacaq daşıyan maşın və dəmir yolu çənləri yanıb. 

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə yanacaq tankeri yanıb, daha sonra yanğın yaxınlıqda yerləşən üç vaqona keçib. Yanğın 400 kvadratmetr sahəni əhatə edib və lokallaşdırılıb.

Hadisə zamanı ölən və yaralananların olmadığı bildirilib.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR