İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada büdcə kəsiri 2 dəfə artdı: Neft gəlirləri minimumda

2025-ci ilin yanvar-may aylarında Rusiya federal büdcəsi 3,393 trilyon rubl və ya ÜDM-in 1,5 faizi həcmində kəsirlə icra edilib.

Musavat.com xəbər verir ki, bu, Rusiya Maliyyə Nazirliyinin aylıq hesabatında əksini tapıb.

Yanvar-aprel aylarında kəsir 3,225 trilyon rubl və ya ÜDM-in 1,5 faizini təşkil etmişdi. Federal Xəzinədarlığın dərc etdiyi məlumata görə isə, 4 ay ərzində federal büdcə kəsiri 2 trilyon 930,8 milyard rubl təşkil edib.

Beləliklə, Maliyyə Nazirliyinin yanvar-aprel ayları üzrə büdcənin icrasına dair məlumatlarına əsasən, may ayında ilkin kəsir təxminən 168 milyard rubl, Xəzinədarlığın məlumatlarına əsasən 462 milyard rubl olub.

Cari ilin büdcə qanununda 1,173 trilyon rubl və ya ÜDM-in 0,5 faizi həcmində kəsir nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, kəsir proqnozdan iki dəfəyə yaxın çoxdur.

Bununla belə, Dövlət Dumasında baxılan büdcə dəyişikliklərində 2025-ci ildə kəsiri 3,792 trilyon rubla və ya ÜDM-in 1,7 faizinə qədər artırılıb.

2025-ci ilin yanvar-may aylarında federal büdcənin gəlirləri 3,1 faiz artaraq 14,732 trilyon rubla çatıb.

Federal büdcənin qeyri-neft və qaz gəlirləri 10,492 trilyon rubl (illik 12,3 faiz artım) təşkil edərək, planlaşdırılan səviyyəni bir qədər üstələyib.

Cari ilin yanvar-may aylarında neft və qaz gəlirləri 14,4 faiz - 4,240 trilyon rubla qədər azalıb. Bu, əsasən neftin orta qiymətinin azalması, həmçinin 2024-cü ilin fevral ayında neft üzrə faydalı qazıntıların hasilatı vergisinə görə birdəfəlik əlavə ödənişin alınması ilə əlaqədardır.

Məlumata əsasən 2025-ci ilin yanvar-may aylarında federal büdcə xərclərinin həcmi 20,7 faiz artaraq 18,125 trilyon rubla çatıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR