İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada boks müəllimi yeniyetməni əzişdirdi - VİDEO

Rusiyanın Moskva vilayətinin Kotelniki şəhərində boks müəllimi 12 yaşlı yeniyetməni döyüb.

Hadisə ərazidə olan müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Yalnız hadisə yerinə yaxınlaşan orta yaşlarında kişi Gennadi Martınovu dayandıra bilib.

Valideynləri yeniyetməni həkimə aparıblar. İlkin tibbi yardımdan sonra isə polisə ərizə yazmağa yollanıblar.

Polis idarəsinə dəvət olunan Gennadi Martınov 30 dəqiqə sonra oranı tərk edib.

Məlum olub ki, o, dindirilmə zamanı 12 yaşlı oğlan tərəfindən bıçaqlı hücuma məruz qaldığını söyləyib və polislər onu sərbəst buraxıblar.

Qeydə alınan görüntülər isə boks müəlliminin yalanını üzə çıxarıb.

Mənbə: Mash

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR