İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Allahqulunun dəhşətli qətli: Reket azərbaycanlı öldürübmüş - FOTO

Ötən gün Masallı rayonunun Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov Rusiyanın Surqut şəhərində bıçaqlanaraq qətlə yetirilib.

Diaspora.TV hadisə ilə bağlı əlavə informasiyalar əldə edib.

Məlumata görə, hadisəni törədən şəxs də azərbaycanlı olub, Ağsu rayonundan olan cinayətkarın Surqutda reketliklə məşğul olduğu iddia edilir.

Qeyd olunur ki, qarşı tərəf (adı və soyadı ilə bağlı dəqiqləşmə aparırıq) Allahqulu Səfərovdan haqq - pul istəyib. Lakin Allahqulu Səfərov onun bu tələbini rədd edib, sonra tərəflər görüşüb və orada Allahqulu Səfərov bıçaqla vurularaq öldürülüb.

Qeyd edək ki, Allahqulu Səfərovun atası Əlihüseyn Səfərov Şatıroba kəndində xeyriyyəçiliklə məşğuldur, kənddə yeni məscid tikdirib, imkansız ailələrə dəstək olur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR