İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada aeroport işçilərinin məsuliyyətinə dair qanun qəbul edilir

Çərşənbə günü deputatlar Dövlət Dumasına sərnişinlərin hüquqlarının pozulmasına, o cümlədən onlara uçuşlar və cədvəl dəyişiklikləri barədə məlumat verilməsinə görə məsuliyyət nəzərdə tutan qanun layihəsi təqdim edəcəklər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların məsələləri komitəsinin sədri Yaroslav Nilov bu barədə danışrkən deyib: “Yaydır, ənənəvi tətil dövrüdür. Hava limanlarında sərnişin axınının artması gözlənilir, lakin vətəndaşlar çox vaxt müəyyən edilmiş norma və qaydalara zidd hallarla üzləşirlər. Məsələn, minik vaxtının başlanması və yeri, onların dəyişdirilməsi barədə vaxtında məlumatlandırılmırlar. Bu da öz növbəsində sərnişinlərin uçuşa gecikməsinə, çox vaxt biletlərin geri qaytarılmamasına səbəb olur”.

Bəzən reysin özü qeyri-müntəzəm, məsələn, həftədə bir dəfə həyata keçirilməsini qeyd edən deputat deyib ki, bu, aşkar narahatlıqlar yaradır: vaxt, pul itirilir, nəticədə əsəblər, tətil və ya işgüzar səfər pozulur.

“Əgər sərnişinləri məlumatlandırmaq vəzifəsi varsa, o zaman bu vəzifənin pozulmasına və yerinə yetirilməməsinə görə məsuliyyət də olmalıdır. Qanun layihəsində belə bir məsuliyyət nəzərdə tutulur”, - deyə Nilov yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR