Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ödənişdən imtina etməsini nəzərə alaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cari il üçün büdcəsinə düzəliş etmək lazımdır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
KTMT-nin maliyyələşdirilməsinin dayandırılması barədə qərar daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan tərəfindən açıqlanıb.
O qeyd edib ki, İrəvan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan çəkinəcək.
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ