Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı işlər Ermənistan tərəfinin mövqeyinə görə dayanıb.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova fevralın 28-də keçirdiyi brifinqdə deyib.
O xatırladıb ki, Ermənistan hakimiyyəti daha əvvəl regional kommunikasiyalar açmağa hazır olduqlarından danışıb: “Azərbaycan bundan imtina etməyib. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu formatında bir neçə dəfə müzakirə olunub. Amma bu iş Ermənistan tərəfinin mövqeyi ucbatından dalana dirənib”.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ