İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya ABŞ-dan yüzlərlə Abrams almaq istəyir

Rumıniya Müdafiə Nazirliyi ABŞ-dan milyardlarla dollar dəyərində hərbi texnika almaq üçün ölkə parlamentinə müraciət edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumat nazirliyin rəsmi saytındakı bəyanatda əksini tapıb.

Bildirilir ki, Amerika hərbi texnikasının alınması “Əsas Döyüş Tankı” proqramı çərçivəsində planlaşdırılır. Rumıniya Müdafiə Nazirliyi ilkin olaraq Abrams M1A2 tankları ilə təchiz olunmuş tank batalyonu üçün ABŞ-dan 458 milyon dollardan artıq əlavə avadanlıq almağı planlaşdırır.

İkinci mərhələ Rumıniyanın ölkənin silahlı qüvvələrinin tank və piyada hissələrini təchiz etmək üçün təxminən 6,5 milyard dollara 216 Abrams tankı almasını nəzərdə tutur. Bu məbləğə həmçinin təlim və məşq üçün maddi-texniki dəstəyin və xüsusi avadanlıqların alınması daxildir.

Eyni zamanda, Rumıniya Müdafiə Nazirliyi bilavasitə ölkədə tankların və onların alt sistemlərinin istehsalı və texniki xidməti üzrə texnoloji və sənaye əməkdaşlığı qurmağı planlaşdırır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

30 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR