Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusu gecə saatlarında Xarkova dörd ağır raketlə zərbə endirib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, hücum nəticəsində 6 nəfər yaralanıb.
Xarkov Şəhər Şurasının Fövqəladə Hallar Departamentinin direktoru Boqdan Qladkixin sözlərinə görə, hücum yerli vaxtla saat 02:00 radələrində baş verib.
Raketlərdən dördü şəhərin Kiyev və Saltovski rayonlarına, ballistik raketlər isə şəhərdən kənar ərazilərə düşüb.
Zərbə nəticəsində bazarda güclü yanğın başlayıb, 10-a yaxın fərdi ev dağılıb və ya zədələnib.
Xarkov meri İqor Terexov bildirib ki, səhər saat 04:00-a qədər yaralıların sayı 6-ya çatıb.
Şəhər Şurası “Suspilne”yə açıqlamasında “Barabaşovo” bazarında başlayan yanğının təxminən 3000 kvadratmetr ərazini əhatə etdiyini açıqlayıb.
Qeyd edək ki, “Barabaşovo” Xarkovun ən böyük bazarı, həm də Ukraynanın ən iri ticarət mərkəzlərindən biridir. Bu bazar artıq dəfələrlə Rusiya hücumlarına məruz qalıb.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ