Onlayn ictimai-siyasi qəzet
Harvard Universiteti ilə Donald Tramp administrasiyası universitetin təqribən 500 milyon dollar ödəməklə peşə məktəblərində süni intellektlə qarşılıqlı əlaqə qurmağı öyrətmək üçün proqramlar həyata keçirməsi barədə razılığa gəlib.
Musavat.com xəbər verir ki, məlumatı Tramp Ağ Evin mətbuat hovuzunda jurnalistlərə açıqlayıb:
"Onlar təxminən 500 milyon dollar ödəyəcək və peşə məktəbləri fəaliyyət göstərəcək. Onlar insanlara süni intellekt və bir çox başqa şeylərlə qarşılıqlı əlaqə qurmağı öyrədəcəklər. Bizim peşə məktəblərində insanlara ehtiyacımız var".
Tramp həmçinin peşə ixtisaslarının tədrisinin vacib olduğunu deyib: "Yadımdadır, məktəbdə oxuyanda o qədər də yaxşı oxumayan sinif yoldaşlarım motoru və ya mühərriki söküb gözləri bağlı olaraq yenidən yığa bilirdilər. Amma onlar başqa işlərdə çox yaxşı deyildilər və onların bir çoxu yaxşı oxuyanlardan daha uğurlu oldu. Buna görə də peşə məktəbləri çox vacibdir və biz onları itirdik".
Qeyd edək ki, bu il ərzində Harvardla Tramp administrasiyası arasında böyük mübarizə gedib. Administrasiya universitetə ayrılan dövlət maliyyəsinin dayandırmaq qərarına gəlsə də, Harvard məhkəmə yolu ilə onları ləğv etdirməyə nail olub.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ